Xəbər lenti

ABŞ-ın “Nəşnl İnterest” dərgisi dünyanın ən qüdrətli donanmalarının siyahısını tərtib edib.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, müəlliflərin fikrincə, ilk pilləni ABŞ hərbi-dəniz qüvvələri tutub. Bu donanmanın ən çox gəmiyə sahib olduğu və ən geniş məsuliyyət zonasını əhatə etdiyi qeyd edilir.

“Heç bir hərbi-dəniz donanması ABŞ hərbi dəniz qüvvələri qədər geniş əhatə zonasına malik deyil. Bu donanma müntəzəm olaraq Sakit, Atlantik və Hind okeanlarında, Aralıq dənizi, Fars körfəzi və Afrika burnunda fəaliyyət göstərir”, - deyə materialda qeyd olunur.

Qeyd olunur ki, ABŞ donanmasında 288 gəmi, o cümlədən, 10 aviadaşıyıcı, 62 eskadra-mina daşıyıcısı və 17 freqat gəmisi vardır.

Siyahıda ikinci pilləni 25 eskadra-mina daşıyıcısı, 42 freqat gəmisi və 3 desant gəmisinə malik Çin hərbi-dəniz donanması, üçüncü yeri isə 13 eskadra-mina daşıyıcısı, 1 aviadaşıyıcı, 52 sualtı qayıqla Rusiya hərbi-dəniz qüvvələri tutub.

Dördüncü pillədə Böyük Britaniya donanması qərarlaşıb (19 freqat və eskadra-mina daşıyıcısı, yeddi atom sualtı qayığı və dörd ballistik raket sualtı qayığı).

İlk beşliyi Yaponiya donanması qapadıb (114 gəmi).

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov