UFC-nin yüngül çəkidə mütləq çempionu Həbib Nurmaqomedov Ümra ziyarətinə gedib.

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə idmançı "İnstagram" səhifəsində paylaşım edib.

31 yaşlı idmançı Kəbə evinin şəklini paylaşıb və bu sözləri yazıb: "Hər şeyi verdiyi üçün Allaha həmd olsun".

Xatırladaq ki, Nurmaqomedov qaydasız döyüş növündə (MMA) 28 qələbə qazanıb ki, bunlardan səkkizi nokautla baş verib.

Rusiyalı idmançı UFC-də növbəti döyüşünü 18 aprel 2020-ci ildə amerikalı Toni Ferqüsona qarşı keçirəcək.