Xəbər lenti

İran Prezidenti Ruhani ABŞ sanksiyalarına qarşı parlamentə təqdim etdiyi dirəniş büdcəsi haqda danışıb.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, büdcə ilə bağlı açıqlama yayan İran Prezidenti Həsən Ruhani Rusiyanın ölkəsinə 5 milyard dollarlıq investisiya yatıracağını bildirib. O, yeni büdcə sayəsində ABŞ-ın sanksiyalarından sonra yaranan çətinlikləri ortadan qaldırmağı planlaşdırdıqlarını söyləyib:

“Xalqın sanksiya və təzyiq altında çətinliklərlə qarşılaşdığını və satın almaq gücünün azaldığını bilirik. Ölkəyə həm bitən layihələr, həm də gələn ilk tamamlanacaq çalışmalar sayəsində 5 milyard dollarlıq Rusiya investisiyasının daxil olacağına ümid edirik”.

Qeyd edək ki, Ruhani ABŞ-ın sanksiyalarına müqavimət büdcəsi layihəsini parlamentə ötən gün təqdim edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov