Xəbər lenti



2019-cu ilin kainat gözəli Cənubi Afrika Respublikasını təmsil edən 26 yaşlı Zozibini Tunçi seçilib.

 

Bizimaz.az: Oxu.Az-ın xəbərinə görə, bu barədə yarışın rəsmi saytında yazılıb.

O, Cənubi Afrikadan “Kainat gözəli” titulunu qazanan üçüncü qalib olub. Zozibini Tunçi fəal şəkildə cinsiyyət fərqlərinə və stereotiplərə əsaslanan zorakılığa qarşı çıxır.

Dünən ABŞ-ın Corciya ştatının Atlant şəhərində keçirilən finala bütün dünya üzrə milli yarışlardan seçilən 90 iştirakçı qatılıb.

İkinci yerə Puerto-Rikodan 24 yaşlı Medison Anderson layiq görülüb.

Üçüncü yerdə Meksikadan olan 25 yaşlı Sofiya Araqon qərarlaşıb.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov