Xəbər lenti

Qətər Səudiyyə Ərəbistanı ilə münasibətlərin bərpası üçün danışıqlar aparır.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bunu Qətər Xarici İşlər naziri Məhəmməd bin Əbdürrəhman Sani deyib.

“Səudiyyə Ərəbistanından olan qardaşlarımızla danışıqlar aparılır. Ümid edirik ki, danışıqlar müsbət nəticə verəcək”, - deyə o bildirib.

XİN rəhbəri Qətərin müstəqil siyasət yeritdiyini və onun daxili işinin hansısa tərəflə danışıqlar mövzusu olmayacağını söyləyib.

Qeyd edək ki, 2017-ci ildən Səudiyyə Ərəbistanı, Bəhreyn, BƏƏ və Misir Qətəri terrorizmdə ittiham edərək, onunla əlaqələri tam dayandırıblar.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov