Xəbər lenti

 

Albaniya Baş nazirinin gəlini ölkədə baş verən güclü zəlzələdə həlak olub.

 

Bu barədə “Daily Mail” xəbər yayıb.

Nəşrdə bildirir ki, Baş nazirin oğlu Qreqor Rama özünün “Instagram” hesabında yazıb ki, ona ən yaxın insan da dağıntılar altında qalan insanların arasından çıxıb.

Qreqorun nişanlısı Kristi Reci atası, anası və qardaşı ilə birlikdə həlak olub.

Onun adı Müdafiə Nazirliyinin qurbanların adı ilə bağlı dərc etdiyi siyahıda da var.

Xatırladaq ki, çərşənbə axşamına keçən gecə Albaniyada 6,4 bal gücündə zəlzələ baş vermişdi. Yerli KİV-in məlumatına görə, yeraltı təkanlar daha çox Tiranada və zəlzələnin episentrinə ən yaxın məsafədə yerləşən Durres şəhərində hiss edilib. Son məlumatlara görə, təbii fəlakət nəticəsində 48 nəfər həlak olub, 790 nəfər yaralanıb.

Durres şəhərində hələ də xilasetmə işləri davam edir.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov