Dünyanı cənginə alan koronavirusun maliyyə bazarlarına vurduğu ziyan və ardınca neftin qiymətinin 30 dollardan aşağı enməsi milyarderlərin böyük sərvət itirməsinə səbəb olub.
İtaliyanın Baş Naziri Cüzeppe Konte ölkədə koronavirusun yayılması ilə əlaqədar görülmüş fövqəladə tədbirlər haqqında məlumat verib. O bildirib ki, ölkə ümumilikdə “qırmızı zona” elan edilib.