Filippin Prezidenti Rodriqo Duterte koronavirus pandemiyası səbəbilə tətbiq edilən karantin şərtlərini pozanların güllələnəcəyi barədə xəbərdarlıq edib.
ABŞ-ın Arizona ştatında yerləşən, dünyanın təbiət möcüzələrindən biri hesab olunan Böyük Kanyon milli parkına giriş qadağan edilib. Qadağa COVID-19 pandemiyası ilə əlaqədar tətbiq edilib.
Moskvanın “Skolkovo” İnnovasiya Mərkəzinin alimləri bakteriya, göbələk və viruslara qarşı effektiv mübarizə üsulu tapıblar. Sözügedən üsulun hətta koronavirusa qarşı da “ölümcül silah”a çevrilə biləcəyi qeyd olunur.