Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropada yaşayan türkləri siyasətdə fəal iştirak etməyə çağırıb.
Trend-in məlumatına görə, R.T.Ərdoğan Avropadakı türk icmasının ən güclü icma olduğunu bildirib:
"Türk icması Avropa ölkələrinin siyasi və sosial həyatında öz rolunu möhkəmləndirməlidir".
Prezident, həmçinin Avropada yaşayan türkləri Türkiyə prezidenti və parlamenti seçkilərində iştirak etməyə çağırıb.
Qeyd edək ki, Avropa ölkələrində təqribən 6 milyon türk yaşayır.
Xatırladaq ki, iyunun 24-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.