Tbilisidə mitinqlər bu gün saat 18:00-da yenidən başlayacaq.
bizimaz.az Zaza Saralidze bildirib ki, o tələbləri tam yerinə yetirilənədək aksiyanı davam etdirəcək.
İyunun 1-də saat 16:00-da başlayan aksiya bu gün səhərə yaxın başa çatsa da Z.Saralidze çadırda qalıb.
Bu gün mitinqə daha çox insanın toplaşacağı bildirilir. Dünənki aksiyada 6 minə yaxın insan iştirak edib.
Polis əraziyə nəzarəti gücləndirib.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, Z.Saralidzenin həyatı üçün təhlükə gözlənilir. Lakin, Z.Saralidze heçə nədən qorxmadığını və aksiyanı sona qədr davam etdirəcəyini bildirib.
Gürcüstan Vahid Milli Hərəkat Partiyasının liderlərindən olan Zaal Qudumaşvili bildirib ki, heç bir siyasi məqsəd güdmədən, müxalifət partiyaları və qeyri hökumət təşkilatları da mitinqə qoşulacaqlar.
“Biz ədalət bərpa olunanadək Zaza Saralidzeyə və digər ailələrə dəstək verəcəyik”, -deyə, Qudumaşvili vurğulayıb