Meksika ABŞ prezidenti Donald Trampın miqrantlarla bağlı çıxışına reaksiya verib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu ölkənin Vaşinqtondakı səfirliyi Dövlət Departamentinə nota təqdim edib.
Meksika XİN-nin bəyanatında deyilir: “Amerika prezidentinin iddiaları tamamilə qəbuledilməzdir. Belə ki, ABŞ-da yaşayan meksikalılar üçün düşmən mühiti yaradır”.
Qeyd edək ki, daha əvvəl Tramp ABŞ-a qanunsuz səfər edən miqrantları “heyvan” adlandırmışdı.