Xəbər lenti

İranın Urmiya şəhərində ilk dəfə olaraq “Tədbir” adlı ağıllı aptek istifadəyə verilib.

Bizimaz.az AZƏRTACa istinadən  xəbər verir ki, aptekdə satıcıları robot əvəz edir. Dərman almaq istəyən aptekə daxil olur və həkimin yazdığı resepti robota verir. Robot isə reseptin sürətini çıxararaq yaddaşına ötürür və rəflərdən reseptdə göstərilən dərmanları seçir paketləyir və alıcıya təqdim edir.

Mütəxəssislər hesab edirlər ki, bu robot insandan fərqli olaraq müştəriyə yanlış dərman verə bilməz.

Bununla yanaşı, aptekdə qurulmuş sistemə görə həkim resepti pasiyentə yox birbaşa elektron vasitələrlə apteki göndərə bilər. Ağıllı aptek isə həkimin göndərdiyi reseptdəki dərmanları robot vasitəsilə tapır və paketləyir. Pasiyent isə həkimdən birbaşa aptekə gəlir və vaxt itirmədən paketlənmiş dərmanları alır.

Aptekdə laboratoriyada fəaliyyət göstərir ki, burada da elektron vasitə ilə göndərilən reseptdə uyğun olaraq dərman hazırlanır. Resepti qəbul edən robot orada göstərilən dərmanın hazırlanmalı olduğunu müəyyən edir və laboratoriyaya siqnal verir. Dərman hazır olduqdan sonra isə robot onu paketləyib müştəriyə təqdim edir.


ABŞ-ın 41-ci prezidenti Böyük Corc Buş vəfat edib.
 
Bizimaz.az   TASS-a istinadən xəbər verir ki, bu barədə "Washington Post" nəşri yazıb.
 
Sabiq dövlət başçısı 95 yaşında dünyasını dəyişib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov