Türkiyənin məşhur aparıcısı, şoumen və aktyor Mehmet Ali Erbil yenidən xəstəxanaya yerləşdirilib.
Dünən axşam vəziyyəti qəflətən pisləşən şoumenin hazırda yaxşı olduğu bildirilib.
Evinin hamamında yıxılan Mehmet Ali Erbil bel sümüyü və qabırğaları sındığına görə 235 gün reanimasiyada yatıb.
Qeyd edək ki, aparıcı “Vertiqo” xəstəliyindən əziyyət çəkir.
Onu da bildirək ki, “Vertiqo” xəstəliyi zamanı insanlar ətrafındakı cisimlərin hərəkət etdiyini və başını sürətli bir şəkildə çevirəndə baş gicəllənməsi hiss edir. Balansın itməsi, mədə bulantısı və qusma da “Vertiqo” xəstəliyinə aiddir.