Xəbər lenti



Məncə, vətənpərvərlik səs desibelləri və sinəyə endirilmiş zərbələrlə ölçülmür.

 

Kult.az xəbər verir ki, bunu iki gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Xalq artisti” adı verilən Miri Yusif şəxsi İnstaqram səhifəsində paylaşıb. O, “Xalq artisti” adı alması ilə bağlı sosial şəbəkələrdə yazılan tənqidlərə cavab verib:

“Mənim aləmimdə vətənpərvərlik gördüyüm işi axıra kimi, vicdanla yerinə yetirməkdir. Həmişə çalışmışam vətənimə layiqincə xidmət edim.

Bu xidmətlərimi, yəni gördüyüm işləri Prezidentimiz, xalqımız, ailəm və ruh əkizlərim qiymətləndiribsə, deməli, davam etmək üçün növbəti hədəflər var. Allah Azərbaycanı qorusun!”

Qeyd edək ki, 21 oktyabrda Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının estrada ifaçıları Tünzalə Ağayeva, Röya Ayxan və Miri Yusifə “Xalq artisti” fəxri adı verilib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov