Xəbər lenti



"Duetlərin anasıyam. Bilirəm kiminlə, harada oxumaq lazımdır. Əkbərlə (müğənni Əkbər Əliyev - red.)dostuq, amma hələ duet oxumuram. Məqamını və mahnını gözləyirəm".
BAKU.WS
 axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan "Hər şey daxil" verilişində qonaq olarkən deyib. Duet oxumağı sevdiyini söyləyən sənətçi, ifalarının uğurlu alındığını bildirib.

Röya bir vaxtlar səsləndirdiyi və məşhur olan "Qadın" mahnısından söz açıb. O bildirib ki, sözügedən bəstəni həyatının ən ağır dönəmində səsləndirib:

"Qadın" əsərdir, mənalı və ağırdır. Vaqif Gərayzadənin mahnıları əsərdir. 2008-ci ildən məndə idi. Dərk edəndən sonra oxudum. Həyatımda ailə, ayrılıq oldu. Dərk etmədən əvvəl onu oxumağım mümkün deyildi".

Röya dostu, aparıcı Hacı Nuran Hüseynovla bağlı maraqlı etiraf da edib:

"Hacı mənə evlənmək təklif edib. Deyir, gəl evlənək. Amma ona ərə getmərəm. Çünki gecələr evə gəlmir".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov