Xəbər lenti


Əməkdar artist Röya Ayxan bir neçə gün əvvəl "5/5" verilişində küsülü olduğu müğənni Elnarə Xəlilovanın artıq çəkilərindən bəhs edib. R.Ayxan aparıcının "Plastik cərrah olsaydın, Elnarənin harasını kəsərdin" sualına "Piyləri kəsilməlidir. Üzdən çox qəşəngdir, onu hamı bilir. Bir az qarın hissəsinin piylərin yığardım" cavabını verib.

 

Bizimaz.az: Elnarə Xəlilova Publika.az-a veridyi açıqlamada Röyanın bu sözlərinə münasibət bildirib. Sənətçinin dediyinə görə, Röyanın bu sözləri ona olan məhəbbətindən irəli gəlir və o da, həmkarını ideal görmək istəyir:

“Verilişin kadrlarını instaqramda gördüm, özü də o sözləri deyəndə səsinin temberindəki məhəbbəti hiss elədim. Gördüm ki, fikrini çox böyük sevgi ilə söylədi. Mən də onu çox istəyirəm, həqiqətən belədir. Biz bərabər böyük həyat və yaradıcılıq yolu keçmişik. Yeri gələndə, bir yastıqda yatmışıq, bir-birimizin evində gecələmişik, duz-çörək kəsmişik, onu unutmaq olmaz. İki-üç günlük dostluq edənlərdən deyiləm, uzunömürlü olmasına çalışıram. Hazırda biz həmkarıq, dostluq etməyə vaxtımız yoxdur, onun da işi çoxdur, əksər hallarda Azərbaycanda olmur, mənim başım uşaqlarıma qarışıqdır. Açığı heç öz dostlarıma ayırmağa vaxtım olmur. Hər halda onun səsində sezdiyim məhəbbət mənə bəsdir. Ola bilsin ki, onun məni daha qüsursuz və ideal görmək istəyi var. İnanıram ki, bu da ən böyük sevgi və məhəbbətdən irəli gəlir. Mən də onu çox sevirəm və həmişə ideal görmək istəyirəm”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov