Xəbər lenti



Azərbaycanda da kifayət qədər izləyici kütləsi olan bəzi Türkiyə istehsallı seriallar mövsümün sonunda final edəcək.

 

Bizimaz.az xəbər verir ki, izləyiciləri ən çox kədərləndirən xəbər “İstanbullu gelin” serialından gəlib.

3 ildir ki, milyonları ekran başına toplayan serial mayın sonunda yekunlaşacaq.

Show TV”də yayımlanan “Gülperi” serialı da “İstanbullu gelin”lə bərabər mayda ekranla sağollaşacaq.

“Med Yapım” tərəfindən ərsəyə gələn “Kızım” serialı da bu mövsüm final edəcək. Şirkət Cansu Derenin canlandıracağı yeni serial çəkəcək və bu serial “Tv8”də yayımlanacaq.

“Med Yapım”ın digər ekran işi olan “Bizim Hikaye” də ekranlarla vidalaşır. Layihənin sonuncu, 72-ci bölümü mayın 30-da efirdə yayımlanacaq.

Bir neçə ildən sonra yenidən mavi ekranlara geri qayıdan “Çoçuklar Duymasın” da reytinq qurbanı olub. Serial bu mövsüm final edəcək.

30 may günü sonuncu bölümü yayımlanan ekran işlərindən biri də “Çarpışma”dır. “Ay Yapım” tərəfindən çəkilən reytinqli layihə bir sezonluq nəzərdə tutulduğu üçün tamaşaçılarla vidalaşır. İddia edilir ki, serialın baş rolunu canlandıran aktyorlar şirkətə baha başa gəlir.

Tarixi layihə olan “Diriliş Ertuğrul”da 2019-cu ildə bitəcək seriallar arasındadır. Bu barədə baş qəhrəman Engin Altan Düzyatan açıqlama verib. O, ekran işinin bu sezon bitəcəyini, gələn mövsüm “Diriliş Osman” adlı layihənin başlayacağını qeyd edib. Həmçinin, “Jet sosyete”, “Kuzgun”da final edəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov