Xəbər lenti

Türkiyəli məşhurlar Beren Saat və Kənan Doğulu haqqında yeni iddiaya ortaya atılıb.

 

Bizimaz.az xəbər verir ki, cütlüyün boşanma ərəfəsində olduğu bildirilib.

Doğum günündə keçmiş sevgilisi ilə bağlı paylaşım edən Beren Saatın həyat yoldaşı ilə aralarında problem yaşandığı və bu səbəbdən ayrılmaq istədiyi deyilir. Kənan Doğulu ailəsini qorumağa çalışsa da, aktrisanın boşanmaqda qərarlı olduğu bildirilir.

Qeyd edək ki, bir müddət öncə 35-ci yaş gününü qeyd edən Beren Saat sosial media hesabından ilk sevgilisi, avtomobil qəzasında həlak olan Efe Güray haqqında mesaj paylamışdı. Aktrisa hazırkı həyat yoldaşı Kənan Doğuluya bu mesajında yer verməmişdi. Müğənninin Saatı təbrik etməməsi çıxan ayrılıq iddialarını gücləndirmişdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov