Xəbər lenti

“Sihirli annem” serialının qəhrəmanlarına bir də indi baxın - FOTO
 

“Sihirli annem” serialının baş rol qəhrəmanları Zeynep Özkaya (Çilek), Cennifer Boyner (Toprak) və Gizem Güven (Ceren) illər sonra görüşərək bir araya gəlib.

Bizimaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, serial çəkildiyi dönəmlərdə uşaq olan aktrisalar artıq gənc qızdır. Nişantaşında alış-veriş edən məşhurlar papratsilərin kameralarına tuş gəlib. Jurnalistlərə verdiyi açıqlamada Gizem Güven “Serialda bacı rollarında idik, odur ki, bir-birimizdən ayrıla bilmədik. Qan qohumluğumuz yoxdur, amma can bağlılığımız var", - deyə bildirib.

Qeyd edək ki, Gizem 25, Zeynep Özkaya 22, Cennifer Boyner isə 20 yaşındadır. Xatırladaq ki, 2003-cü ildə lentə alınan uşaq serialı Azərbaycanda maraqla izlənilirdi.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov