Xəbər lenti


Məşhur müğənni Natavan Həbibinin ana olması xəbəri şəhərə ildırım sürəti ilə yayıldı.

. Kimi bu xəbərin yalan olduğunu, kimi də “od olmayan yerdə tüstü çıxmaz” sözləri ilə məlumatın doğruluğundan danışdı. Haqqında gəzib dolaşan bütün söz-söhbətlərə aydınlıq gətirmək üçün Natavan “ATV maqazin 10larla” verilişində kamera önünə keçərək, açdı sandığı tökdü pambığı. 

Bizimaz.az Oxu.Az -a istinadən xəbər verir ki, sənətçi ana olmaq xəbərini eşidəndə həm özü, həmdə həyat yoldaşı reper Səid Əliyev (Dado) şoka düşüb:

“Bu başqa cürə sevincdir. Başqa bir xəbər idi. Bizim üçün yaxşı şok idi”.

Sənətçidən ən çox soruşulan sual isə oğul yoxsa qız dünyaya gətirməsidir.

“Həkimlər özləri də bizi çaş-baş qoyublar, gah deyillər oğlandır, gah da deyillər görsənmir. Səid oğlan, mən isə qızımın olmasını arzulayıram. Əgər oğlan olsa qoy Səidin özünə oxşasın”, - deyə o bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov