“Aşk-ı Memnu” serialında tərəf müqabili kimi böyük rəğbət qazanan məşhur aktyorlar Beren Saat və Selçuk Yöntem yenidən bir araya gələcək.
Bizimaz.az Haber 7-yə istinadən xəbər verir ki, onlar “Krallar Kaybederse” adlı yeni layihə ilə izləyicilərin qarşısına çıxacaq.
Qeyd edək ki, yeni film internet layihəsidir və tələb olarsa, televiziya ilə yayımlanması nəzərdə tutulur.