Xəbər lenti


\Ahmet Kuralın Sılanı döyməsi iddiasından sonra hadisənin səbəbi haqqında daha bir iddia ortaya atılıb.

Bizimaz.az ölkə.az-a istinadən xəbər verir ki, oktyabrın 29-da baş vermiş bu hadisənin səbəbi haqqında müxtəlif fikirlər dolaşırdı. Ahmet Kuralın üzr istədiyi açıqlamadakı "O gecə mənimlə paylaşdığı şeyləri sakit bir şəkildə qarşılamalıydım. Hərənin ayıbı özünə deyə düşünməliydim. Söhbətə görə nə qədər pis olsam da, sakitcə evimi tərk etməliydim" sözləri də diqqət çəkmişdi.

Cütlük, iddiaya görə, həmin gecə köhnə dəftərləri açıb. Onların bu ilin yanvar ayındakı ayrılığına Sılanın o vaxt Okan Can Yantırla görüşməsi səbəb olmuşdu.
Bu dəfə də Ahmet Kural Sıladan Okan Canla münasibətinin olub-olmadığını soruşub. Sılanın "yox" cavabına aktyor inanmayıb və təkid edib. Bir neçə dəqiqədən sonra Sıla Yantırla eşq yaşadığını etiraf edib. Ayrı olduqları vaxtda heç kimlə birlikdə olmadığını deyən Ahmet Kural Sılanı evindən qovub. "Getməyəcəm" deyən Sıla, iddiaya görə, aktyora stəkan atıb.Bir başqa iddiaya görə isə Kural Sılanın görüşməsini istəmədiyi bir rəfiqəsi ilə tez-tez görüşdüyü üçün əsəbiləşib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov