Uzun müddətdir küsülü olan müğənnilər Röya Ayxan və Elnarə Xəlilova "Dəyişən cavab" verilişində barışıblar. Sözügedən proqramın növbəti qonağı E.Xəlilova olub.
Bizimaz.az sherq.az-a istinadən xəbər verir ki, aparıcı, stilist Anar Ağakişiyev R.Ayxana zəng edərək iki sənətçini danışdırıb."Sherg.az" xəbər verir ki, xalq artisti həmkarını qonaq çağırıb:
"Düzdür, ad günü qeyd etməyəcəm. Amma özümüz yığışacağıq. Rövşənə də denən onun üçün darıxmışam. Ərini də vur qoltuğuna gəl. Bir də ki, sən məni bloka atmısan. İnstaqramda axtarıram tapa bilmirəm".