Müğənni Xatirə İslam sosial şəbəkədə toy qadağası ilə bağlı paylaşım edib. 

 

Bizimaz.az BAKU.WS -ə istinadən xəbər verir ki, müğənni bir çox sahələrin fəaliyyətinə icazə verildiyi halda toylara qadağa qoyulmasını məsxərəyə qoyub:

"Artıq məlum oldu ki, virus açıq mağazalara, kassasının qarşısı dolu olan marketlərə, gözəllik salonlarına, hətta axşam saat 12-yə qədər işləyən restoranlara yox, yalnız bəy-gəlinə tərəf gəlir. Onunku ancaq bəylə gəlindir. Çalışın, evlənməyin".