2020-ci ilin bitməsinə sayılı günlər qalıb. Əvvəlki illərlə müqayisədə pandemiya ilə əlaqədar sənət aləmində çox az hadisələr yaşanıb. Amma yaradıcılığı ilə yanaşı tanınmışlar şəxsi həyatları, qalmaqallarıyla da gündəmə gəliblər. Onlar arasında boşanma xəbəri ilə 2020-ci ildə yaddaşlarda qalanlar da az olmayıb.
Bizimaz.az Milli.Az -a istinadən bu il ayrılan məşhur cütlülklərin siyahısını təqdim edir:
İlin ən çox danışılan bloqqer Aynişan Quliyeva və fitnes müəllimi Kənan cütlüyü bu il günlərlə gündəmi zəbt edib. İlin əvvəlində toy xəbərləri ilə səhifələri, saytları bəzəyən cütlük 2020-ci ilin sonunda da ənənələrinə sadiq qalıblar. Bu dəfə onlar rəsmi boşanma xəbərləri ilə səs-küy yaradıblar.
Dəbdəbəli toyu ilə gündəmə gələn bloqqer Aysel Şükürova və Oktay Əhmədov da qalmaqallı ayrılıqları ilə diqqət çəkiblər. Bir neçə günün içində boşanan cütlük bir-birinin ünvanına tənqidlər səsləndirib. Amma onların ayrılığı uzun çəkməyib. Bir neçə həftə sonra Aysel və oktay yenidən nikah masasına oturublar.
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu iki qızının anası İnci ilə yollarını ayırıb. Cütlüyün münasibətinə son qoyma səbəbi açıqlanmasa da, onlar arasında hazırda soyuq münasibət var.
Müğənni Natavan Həbibi ilə reper Dado nikah masasına oturduqları gündən ildə ən az üç-dörd dəfə ayrılıb, barışıb. Bu dəfə isə onlar rəsmi boşanma xəbərləri ilə gündəmə gəliblər. Dado İnstaqramda bu haqda paylaşım edərək, rəsmi boşandıqlarını yazıb. Amma bir neçə həftə sonra Natavan Dadonun onun evində olan görüntülərini sosial şəbəkədə yayımlayıb.
Aktyor Cövdət Şükürov həyat yoldaşı Saradan ayrılıb. Bu haqda apreldə açıqlama verən Cövdət bir ildir ayrıldıqlarını deyib. O hətta yeni eşq yaşadığını da etiraf edib.
2020-ci ildə müğənni Talıb Tale nişanlısından ayrılıb. 2018-ci ilin mayında nişanlanan sənətçinin nikahı düz 2 il uzanıb. Sonda isə Talıb ayrıldıqlarını, toy olmayacağını açıqlayıb.
Əməkdar artist Səbinə Babayeva rejissor əri Cavidan Şərifovla boşanıb. Bu haqda müğənni özü məlumat yayıb. Mayda bunla bağlı paylaşım edən Səbinə səbəbləri gizli saxlayıb. Cütlüyün toyu 2012-ci ildə olub. Onların bir oğlan övladı var.
Uzun illər Amerikada yaşayan və bu il Bakıya qayıdan müğənni İlhamə Qasımova da həyat yoldaşından ayrıldığını etiraf edib.