Rusiyanın məşhur ifaçıları Yeqor Krid və Timati 15 sutka həbs cəzasına məhkum edilə bilərlər.
bizimaz.az Bunu jurnalistlərə açıqlamasında Rusiya Daxili İşlər Nazirliyinin Moskva bölməsinin rəsmi nümayəndəsi Aleksandr Xaminski deyib. Onun sözlərinə görə, hər iki ifaçı Moskva küçələrindən birində iyun ayında təşkil etdikləri konsert ucbatından həbs edilə bilərlər.
Qeyd edək ki, Timati iyun ayında özünə aid olan gözəllik salonunu açdıqdan sonra bunu qeyd etmək üçün Kridlə birgə geniş konsert keçirmək qərarı verib. Onun bu addımından sonra Moskvanın Bolşaya Dmitrovka küçəsində böyük tıxac yaranıb.