Şou aləminin "xəsis" deyə tanıdığı aktyor-müğənni Əmrah Yeni il gecəsi Vyanada səhnəyə çıxması üçün təklif olunan 1 milyon 128 min lirəni (təxminə 550 min manat) rədd edib.
Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 ildir, Yeni il günü heç bir yerdə konsert verməyən sənətçi bu il də ənənəsinə sadiq qalıb. Belə ki, Əmrah bayram axşamını ailəsi ilə keçirmək istəyib.
Qeyd edək ki, 2014-cü ildə Sibel Kirerlə ailə quran Əmrahın Elyasa adlı oğlu, Eleysa adlı qızı var.