Xəbər lenti



Məşhur supermodel Snejana Onopka uzun illərdir qorxu içində yaşayır. Onu bu vəziyyətə həyat yoldaşı, kiyevli iş adamı, Kiyev Boks Federasiyasının keçmiş vitse-prezidenti Nikolay Şyur salıb. Məşuqəsi ilə eşq həyatı yaşayan Nikolay arvadı Snejana ilə boşanmaq istəmir.

 

Bizimaz.az  xəbər verir ki, əri tərəfindən zorakılığa məruz qalan 33 yaşlı supermodel qalmaqallı açıqlamaları ilə gündəmə səs salıb.

“10 illik evlilikdən sonra ərim avtomobilimi və zinət əşyalarımın yarısını gizlədir”, - deyə S.Onopka sosial media hesabında yazıb.

Əvvəllər bir-birini sevən cütlük düşmənə çevrilib. Snejana ərindən fərqli olaraq, hadisələrə göz yummayıb və dəhşətli faktların üstünü açıb:

“Dələduzluq etdiyinə görə həbs olunan Nikolay bir il öncə həbsxanadan çıxdı. O vaxtdan bəri Şyur idarəolunmaz vəziyyətə düşdü. Ondan öncə doqquz il məni döydü. Evlənəndən sonra onun yanına köçdüm. Bundan sonra zorakılıqlara məruz qaldım.

Döyürdü, sonra diz çöküb, ağlayıb, bağışlanmasını istəyirdi. Onu bağışlayırdım. Elə olurdu ki, döyüldükdən üç gün sonra özümə gəlirdim. İndi Kolya əmlakımı məndən almaq üçün hər şeyə əl atır. Mənim iştirakım olmadan qanunsuz şəkildə daşınmaz əmlak və avtomobillərimi satmaq məqsədi ilə əməliyyatlar aparır”.

Oxu.Az
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov