Karantində çoxları hərəkətsizlikdən kökəldiyini desə də, xalq artisti Aygün Kazımova 7 kq çəki atmağa müvəffəq olub.
Bizimaz.az Publika.az-a istinadən xəbər verir ki, karantin günlərini idmana həsr edən ulduz yeni layihələri üzərində çalışmağa başlayıb.
Bu yaxınlarda xalq artisti Miri Yusiflə “İzacəli” duetini təqdim edən sənətçi başqa bir kompozisiya üzərində çalışmağa başlayıb. Onun yeni layihəsi üçün hazırladığı obrazı üzərində stilist Ruxa, dizayner Rüfət İsmayıl çalışıb.
Aygün Kazımova yeni obrazının fotosessiyasından kadrları instaqramda paylaşıb. Hər dəfə seksual obrazlarda görməyə adət etdiyimiz xalq artisti bu dəfə uzun libası və başına bağladığı çalması ilə diqqət çəkib.