Karantin günlərində bir çox məşhurlar arxiv şəkillərini üzə çıxararaq, sosial media hesablarında paylaşırlar. Onlardan biri də müğənni Nura Suridir.
Sənətçi keçmiş həyat yoldaşı ilə çəkdirdiyi arxiv fotosunu gün üzünə çıxarıb.
Oxu.Az xəbər verir ki, Nura keçmiş həyat yoldaşı Ali Surini yanağından öpdüyü zaman 21 il əvvəl qeydə alınan şəklini “Instagram” hesabında izləyiciləri ilə bölüşüb.
Hamilə olduğu zaman Yeni il gecəsində çəkilən fotoya müğənni belə şərh verib:
“1999-cu ildən 2000-ci ilə keçən gün. İkinci övladım Möhsenə hamilə olarkən çəkilib. Keçmiş həyat yoldaşımla bir zamanlar bir-birimizi sevirdik”.
Qeyd edək ki, müğənni N.Surinin Xosrov, Möhsen və David adlı üç övladı var.