Rusiyalı məşhur model və aparıcı, “Miss Rusiya 2003” titulunun sahibi Viktoriya Lopıreva Birləşmiş Ərəb Əmirliklərində istirahətə yollanıb.
Bizimaz.az xəbər verir ki, Lopıreva istirahətinin maraqlı anlarını əks etdirən görüntülərini “Instagram” hesabında paylaşıb.
Dubayın məşhur “Bürc əl-Ərəb” otelində istirahət edən model yaxta gəzintisinə çıxmağı da unutmayıb. Hər zaman cəsarətli fotoları ilə gündəmə gələn Lopıreva bu dəfə də qara rəngli çimərlik geyimi ilə diqqət mərkəzində olub.
3.4 milyon izləyicisi olan cazibədar xanımın paylaşımını 51 min nəfər bəyənib.