“Maşın şou”nun qalibi müğənni Roza Zərgərli maraqlı açıqlamalar verib.
bizimaz.az xəbər verir ki, lent.az-ın canlı yayımında qonaq olan ifaçı bir çox məqamlara toxunub. O, ilk öncə bloqqer Hüseyn Əzizoğlu barədə danışıb:
“Hüseyn yaxşı uşaqdır. Guya məndən küsüb. Dünən bir tədbirdə idik, onu orada qucaqlayıb öpdüm. Hüseyn deyirdi ki, məni real həyatda da görmək istəmir. Hələ uşaqdır, gəncdir, ona görə də çılğındır. Bir insanı psixoloji tanıya bilmir. Mən oyunda hər kəsdən istifadə etdim. 3 dəfə səsverməyə çıxdım. Xeyir ola? 3 səsvermədə də qalib oldum”.
İfaçı daha sonra bildirib ki, əməkdar artist Abbas Bağırov öz səhvinə görə oyundan uzaqlaşdırılıb:
“Abbasın orda məndən başqa rəqibi yox idi. O, güclü rəqib idi. Səsverməyə görə yox. Mənə qarşı 3 dəfə səs istəyib. Amma mən ona deyəndən sonra səs istədi. Halbuki mən ona demədən etməli idi. Hər gün Abbas idmandan gələn zaman otağına keçirdi. Amma onun əhatəsində olan insanlar yarışı tərk edəndən sonra otağıma gəldi. Ona dedim ki, səsverməyə sən çıx. O da dedi ki, baxaram. Söylədim ki, səsverməyə çıxsan, kimi oyundan uzaqlaşdıracaqsan? O da mənim gözümə baxıb, dedi ki, səsi toplayım, bilərsən. Onun cavabı məni qane etmədiyi üçün oyundan uzaqlaşdırıldı”.
Müğənni aparıcı Aytən Səfərova haqqında dedikləri ilə hər kəsi təəccübləndirib. O, Səfərovanı hər kəsi aldatmaqda ittiham edib:
“Mətanət Əliverdiyeva şouda şpaqat açanda, bunu bütün sosial mediada yaydılar. Heç kim bilmir, amma Mətanətdən sonra Aytən də şpaqat açmışdı. Lakin bu kadrlar heç yerdə göstərilmədi. Mən başa düşmürəm, hamilə qadın necə şpaqat açar?”.
Daha sonra Roza Zərgərli şouda telefon işlətməmələri barədə də maraqlı açıqlama verib:
“Bizə telefon işlətməyə icazə vermirdilər. Hüseynin elə bir yerindən telefon çıxdı ki, biz gülməkdən öldük”.