Xalq artisti Brilliant Dadaşova digər Xalq artisti Röya Ayxana belə bir sual ünvanlayıb: "Sən niyə belə şirinsən? Sənə qənd qatıblar?"

 

Bizimaz.az: BAKU.WS xəbər verir ki, Röya həmkarının sualına gülərək reaksiya verib. O, Dadaşovaya olan diqqət və sevgisini ARB-nin “Show News” verilişi vasitəsilə bəyan edib:

“Mən biləndə ki, toyu Brilliant xanım aparır, ora 10-15 dəqiqə tez gedirəm ki, söhbət edəm. Axırda məni gülə-gülə qapıdan qovur ki, çıx, səsim batdı.

Zülfiyyə Xanbabayeva ilə də eyni. Keçən dəfə mən salonda bəzənəndə düşürtdü məni, özü başladı bəzənməyə. Mən gülürəm, onlar da gülürlər. Bu mənim onlara sevgimdən irəli gəlir. Yaxşı ki, belə sənətkarlarımız var. Hər şeyi söz eləsək, o zaman bir-birimizə sevgi qalmaz”.