Dünyanın ən gözəl qızı hesab olunan Bella Hadid “Victoria's Secret”də çalışarkən seksual xarakterli hərəkətlərə məruz qaldığını açıqlayıb.
“New York Times” nəşrinin məlumatına görə, yalnız Bella Hadid deyil, başqa modellər də şirkətdə belə bir vəziyyətin olmasından şikayət ediblər.
Bacısı Gigi Hadidlə birlikdə üç dəfə şirkətin tədbirlərində iştirak edən Bella Hadid məhz brendin marketinq direktoru Ed Razek tərəfindən seksual xarakterli hərəkətlərə məruz qaldığını qeyd edib.
İddialara əsasən, Razek bu əməli Bella Hadidin bədən ölçülərinin hesablanması zamanı həyata keçirib. O, həmçinin, modelin səhnədə üst geyimi olmadan çıxış etməsi üçün telekanallardan biri ilə razılığa gəlib.
Nəşr qeyd edib ki, Razeklə bağlı adı açıqlanmayan daha bir model şikayət edib. O, 2007-ci ildə Ed Razekin avtomobilində onu öpməyə çalışdığını bildirib. Bütün bunlar şirkətin sahibi Lex Veksnerə çatdırılsa da, o, tədbir görməyib.
Xatırladaq ki, Ed Razek bir müddət əvvəl vəzifəsindən istefa verib.