Rusiyada türk seriallarını çox sevirlər. Ruslar həmin filmlərdəki gözəl qadınlara da biganə deyillər.
Bizmaz.az: Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatında Türkiyənin ən cazibədar qadınlarını seçməyə çalışıblar.
Tuba Büyüküstün – Onu daha çox İtaliya və dünya kinosunun ulduzu Monika Belluççiyə bənzədirlər. Ruslar onu hətta Türkiyənin ən gözəl qadını adlandırırlar.
Tuba Büyüküstün
Berrak Tüzünataç – Dramatik rolların ifaçısını şimal qonşumuzda çox bəyənirlər. Uzun saçlar, təbii gözəllik... Ruslar ona biganə qala bilməzdilər.
Berrak Tüzünataç
Beste Kökdemir – 26 yaşlı gözəl kinoda ilk addımlarını 7 il əvvəl atıb. “Möhtəşəm yüz il” serialındakı rolu ona böyük populyarlıq gətirmişdi.
Beste Kökdemir
Neslihan Atagül – Hələ 14 yaşı olanda tamaşaçıların məhəbbətini qazanmışdı. Model biznesində də yetərincə uğurlu olub.
Neslihan Atagül
Melissa Pamuk – Beş əcnəbi dildə danışan bir gözəl düşünün. Kino sektorunda necə uğur qazanmasın? Rus tamaşaçılar da onu seriallardan tanıyır.
Melissa Pamuk
Nurgül Yeşilçay – Çox istedadlı aktrisadır. Hətta tanınmış rejissor Fatih Akın da onu öz filmində çəkmişdi. Komediya rollarının öhdəsindən də məharətlə gəlir.
Nurgül Yeşilçay
Ayça Ayşin – 250 seriyalıq filmə çəkilmək sizə asan gəlməsin. Amma Ayça bu işi lazımınca bacarmışdı.
Ayça Ayşin
Fahriye Evcen – Bosfor Universitetinin tarix fakültəsini bitirib. Təkcə gözəlliyinə güvənmir, həm də ağıllıdır.