Xəbər lenti


 

Dünya şöhrətli müğənni Castin Biber həkimlərin ona “Layma” xəstəliyinə yoluxma diaqnozu qoyduğunu açıqlayıb.

 

“Moskovskiy Komsomolets”in məlumatına görə, bu barədə müğənni “Instagram” hesabında paylaşım edib.

“Bir çoxları Castin Biberin pis görünməyə başladığını, metanfetamin istifadə etdiyini dedilər. Bu insanlar anlaya bilmir ki, bir qədər əvvəl məndə “Layma” xəstəliyi, yalnız bu da deyil, həmçinin, ciddi xroniki mononükleoz aşkar edildi. Bütün bunlar mənim dərimə, beynimin işinə, enerjimə və ümumilikdə, sağlamlığıma təsir göstərdi”, - müğənni bildirib.

Onun sözlərinə görə, son iki ili çox çətin yaşayıb, lakin düzgün müalicə sayəsində hələlik müalicəsi olmayan xəstəlik yaxşılaşmağa doğru gedib və yenidən səhnədə çıxış edə biləcək.

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov