Xəbər lenti



ABŞ-da “Qızıl Qlobus” mükafatının 77-ci təqdimat mərasimi keçirilib.
 
TASS məlumat verir ki, Hollivud Xarici Mətbuat Assosiasiyası “1917” filmini ilin ən yaxşı dram filmi seçib. Sem Mendez sözügedən filmə görə ən yaxşı rejissor nominasiyasının qalibi olub.
 
Ən yaxşı dram aktyoru adına “Coker” filminə görə Hoakin Feniks layiq görülüb.
 
Ən yaxşı aktrisa mükafatı “Cudi” filminə görə Rene Zellvegerə təqdim olunub.
 
“Bir vaxtlar Hollivudda” ən çox mükafat qazanan film sırasına daxil olub. Belə ki, ən yaxşı ssenari, ikinci planda ən yaxşı kişi rolunun ifası və ən yaxşı komediya/myuzikl mükafatları məhz bu filmə təqdim olunub.
 
“Çernobıl” ilin ən yaxşı mini-serialı mükafatına layiq görülüb. 

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov