Rusiyada böyümüşəm, balaca qardaşım var idi. O vaxt Fərman Salmanov adlı şəxs azərbaycanlıları aparırdı Sibirə işləməyə. Biz də getmişdik. Araz adlı balaca qardaşım orada çayda batdı, anamın ad günündə tapıb gətirdilər. Hər gecə mənimlə yatırdı. Sonuncu gün yanımdan düşüb yerdə pişiklə birlikdə yatmışdı. Elə bil nə isə hiss etmişdi.
Bizimaz.az xəbər verir ki, bu sözləri ATV-də yayımlanan “Üçümüz” şou proqramında qonaq olan məşhur aparıcı Aytən Səfərova bildirib.
Verilişin aparıcısı qutudan kağıza yazılmış sualı Aytənə verərək, cavab verməsini istəyib. Aytən “Bir möcüzə olarsa, qapını açırsınız və qarşınızda Arazı görürsünüz. Ona ilk sualınız nə olardı?” sualını səsləndirərək göz yaşlarına boğulub. Daha sonra o, qardaşını yada salaraq onunla bağlı xatirələrini bölüşüb:
“O gündən anam da xəstədir. Mən valideynin bir gündə necə qocaldığının şahidi oldum. Allah heç bir valideynə övladının tabutunu çiynində aparmağı nəsib etməsin. Çox pis şeydir. Ağlaya da bilmirəm. Yuxumuza gəlir ki, ana, ata, bacı, qardaş ağlamayın, yerim yaş olur. Suala görə sağ olun. Cavabım isə budur: 7 iyul, 1989-cu ilə görə gələcəyimi qurban verərdim, kaş qardaşımı buraxmazdım”.