ARB kanalında yayımlanan “Söhbət var” proqramında maraqlı addım atılıb.
Bizimaz.az: “Qafqazinfo” xəbər verir ki, proqramın aparıcısı, Əməkdar artist Dilarə Əliyeva Azərbaycanın incəsənət üzvlərinin maşın nömrələrini müzakirəyə çıxarıb.
O, Xalq artisti Faiq Ağayev, müğənni Nigar Camal və bloqqer Suna Kasımoğluya nömrələri göstərərək onlardan nömrələrin şou-biznes nümayəndələrindən kimə məxsus olduğunu tapmalarını istəyib.