Xəbər lenti




Artıq 2019-cu il bitmək üzrədir. Bu il də, şou-biznes sahəsində bir çox hadisələrlə yadda qalıb. Tanınmışların bəziləri boşanmaqla, bəziləri valideyn olmaqla, bəziləri isə ailə qurmaqla gündəmə gəlib. 

 

Bizimaz.az: Oxu.Az 2019-cu ildə ailə həyatı quran məşhurların siyahısını təqdim edir:

Müğənni Zamiq ikinci dəfə gizlicə evlənib. Sənətçi xəbəri nə təsdiq, nə də inkar edib. Müğənninin həyat yoldaşının bir müddət əvvəl mediada fotosu yayılan Aydan adlı xanım olduğu bildirilir. Evləndiyini açıqlamayan müğəninin bu yaxınlarda oğlu dünyaya gəlib.

Müğənni Azad Şabanov Toma adlı xanımla ailə qurub. Azad Şabanov proqramların birində həyat yoldaşı ilə musiqi müəlliminin vasitəsilə tanış olduğunu açıqlayıb. Müğənninin toyu mediaya qapalı olub.

Müğənni Emiliya Yaqubova Tamerlan adlı iş adamıyla evlənib. Emiliya evləndikdən sonra Londona köçüb.

Müğənni Kazım Can  ikinci dəfə  Brilyant adlı xanımla ailə qurub. Kazım bundan öncə, müğənni Əminə Şirinqızı ilə evli olub.

Müğənni Əhməd Mustafayev əmisi qızı Səbinə ilə nikah bağlayıb. O, müğənni dostlarına görə Bakıda və qohumları üçün isə Göyçayda toy edib. 

Müğənni Elnar Xəlilov ikinci dəfə şairə Aysel Nəcəfli ilə özünə toy edib. Toydan öncə müğənni nişanlısı ilə ayrıldığını açıqlamışdı. Bəziləri onların gündəmdə qalmaq üçün belə bir xəbər yaydıqlarını düşünürdülər. Müğənninin ilk nikahdan bir övladı var.

Əməkdar mədəniyyət işçisi Ulduz Sönməzin müğənni qızı Sədaqət Ulduz da bu il ərə gedib. Toyun maraqlı məqamı bəyin iştirak etməməsi idi. Müğənninin həyat yoldaşı iş adamıdır.

Müğənni Leyla Ramazanlı şou-biznesdə tanınan fotoqraf Kamran Aydınova ərə gedib. Ana olmağa hazırlaşan müğənni hamiləliyinin son aylarını yaşayır.

Bir müddət əvvəl şou-biznesdən uzaqlaşan, daha sonra isə “Qaya” qrupuna daxil olaraq yaradıcılığına davam edən müğənni Boris Bayramov Günel adlı xanımla evlənib.

Müğənni Nicat Gözəlov özünə qapalı toy edib. Nicatın ailəsi və yaxınları ilə birgə məşhurlardan da bir neçəsi qatılıb.

“Vicdan haqqı” serialındakı Fuad obrazı ilə məşhurlaşan aktyor Elşad Süleymanı Səbinə adlı xanımla nikah masasına oturub.

“İmtahan” serialının aktrisası Aydan Həsənzadə və “Ata Ocağı” serialının aktyoru Tural Ələkbərov ailə həyatı qurub.

“İmtahan” serialındakı aktyor Elvin Ağayev ikinci dəfə  Elvina adlı xanımla  evlənib.

Tanınmış prodüser Emin Əfəndi Lalə Əhmədova adlı blogerlə nikah bağlayıb. Emin Əfəndi Xalq artisti Mir Yusifin prodüseridir. 

Sosial mediada məşhurlaşan azərbaycanlı aktyor Əlixan Rəcəbov İlona adlı modellə ailə qurub. Cütlük bu yaxınlarda boşanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov