Xəbər lenti

Avstraliyanın məşhur simalarından olan 23 yaşlı gənc model Nateeşa Barlin narkotik və narkotik tərkibli həblərin satışı ilə məşğul olan dəstənin rəhbəri çıxıb.

Ardını oxu...



XEBERTV.AZ "Mənə nə" klipiylə milyonların diqqətini cəlb edən gənc müğənni Müşviq Mahmudovla müsahibəni təqdim edir.

Musiqiyə maraq necə yarandı?

2003-cu ildə musiqiyə qarşı böyük həvəsim yarandı.Məndəki sənətə qarşı qığılcımı ilk dəfə atam sezdi. Daha sonra Süleyman Ələsgərov adına 1 saylı Uşaq İncəsənət Məktəbinə imtahan verdim və qəbul oldum.5 il Aygün Həsənovanın xanəndəlik sinifində muğam üzrə dərslər aldım.Milli Konservatoriyada vokal üzrə Xalq artisti Samir Cəfərovdan dərs almışam. 2009-cu ildə Bakı Humanitar Kollecinin rejissor-aktyor fakültəsinə qəbul oldum..Orada da həm rejissorluq həmdə aktyorluq üzrə oxudum. ATV-də yayımlanan "Qardaşlar" serialında epizodik rola çəkildim .2013-cü ildə musiqisi Arif Səlimova, sözləri isə Sara xanım Ağasəlimqızına məxsus olan "Unuduldum" adlı ilk mahnım ərsəyə gəldi.



Bəs ilk mahnının uğurlu olub olmayacağı barədə düşündünmü?

Xeyr çünki o zaman mən fikirləşmirdim ki,mahnı alınacaq ya yox.Sadəcə olaraq mən mahnını yazdırmışdım ki,hər kəs görsünki,belə bir sima gəlir.Mən düşünərəm ki, səsim fərqlidir.Nə mənada fərqli səsdir yəni indiki zamanda görürsüz,bir çox gənc müğənnilər oxuyanda hamı kimlərəsə baxır eyni səslə oxuyur.Hansısa müğənninin pərəstişkarı olan onun tərzdə oxumağa can atır.Fikrimcə əgər ifa edirsənsə bir mahnını radioadan eşidiləndə bilməlidilər ki,bu filankəsdir.
İfa baxımından özünü pərəstişkarı olan müğənniyə oxşatmaq istəyənlər kimlərdir
Mən ad çəkmək istəməzdim,çünki bu onların reklamı olar.Amma onu deyim ki,bir çoxları özünü müğənni Elçin Cəfərova oxşatmaq istəyir,çünki onun səsində şərq stilistikası hiss olunur.Lakin səsini Elçin Cəfərovun səsinə oxşatmaq istəyənlərin cəhdləri uğursuz alınır.



El arasında deyirlər ki,hər yerindən duran müğənni olur.Bu fikrə münasibətin necədir?

Bizdə musiqi baxımından senzura yoxdur,əgər senzura olsaydı hər yerindən duran müğənni olmazdı,çünki hər şey maddiyatın başında durur.Bu dəqiqə elədir ki,kiminsə imkanı var müğənni olmaq problem deyil.Sənətçi olaraq tanına bilərlər amma reallıqda heç vaxt müğənni ola bilməzlər.

Sizcə tanınmaq üçün kiməsə söz atmaq,qalmaqal etmək vacibdirmi?

Məncə qalmaqal edib,kiminsə bostanına daş atmaqdansa ,öz səs imkanlarını,sənətini göstərsələr daha çox uğur qazanıb,qabağa gedərlər.Misalçün Zamiq Hüseynov tanınmış öz sənətinə,geyim tərzinə görə sevilir.O insan,o sənətçi deyərdim ki, yeganə müğənnidir ki,heç kimə qarışmır,heç kimin bostanına daş atmır,öz sənətiylə məşğuldur.Məncə belə sənətçilərdən nümunə götürmək lazımdır.Həmdə onu qeyd edim ki, mənim kimsə ayağımı tapdalamasa,mən o adama dəymərəm.Heç kimin bir başqasını təhqir etmək ixtiyarı yoxdur.Heç bir atəş cavabsız qalmaz.

Sənətə başlayanda müğənnilərdən kimlər dəstək olub?

Müğənnilərdən heç birisi dəstək olmadı. Sənət barədə nəsə istəyəndə köməklik etməyə çalışıb.Amma şou biznesdən əl tutan olmayıb.

Kənardan bizim yerli şou biznesi necə görürsən?

Şou biznes böyük bir bazardır və qarışıqdır.Bazarda elə bil hər müğənni öz malını satır.Lakin çürük mallar daha çox satılır,çünki o adamın bazarı vitrindən biraz irəlidədir.Bazara müştəri girəndə onun malı ayağa dolaşır.Amma orada qalan saf mal kölgədə qalır.Hərənin öz seçimi var.




Sənətinlə bağlı hansı yeniliklər var?

Bu yaxınlarda ARB kanalında müsahibəm yayımlandı."Fəryad! adlı fars mahnısının musiqisinə söz yazdırdıq.Bunun sözlərini müğənni Aydın Saniyə həvalə etdik.Aranjimanı da İlqar İlham etdi.Mahnı hazırlandı və təqdim olundu.Düzdür deyəcəksiniz ki,bəs o mahnı hanı.O mahnı niyə yoxdur çünki mən özüm gözəl bilirəm niyə yoxdur.Çünki o mahnı söz birləşməsindən ibarət deyil.İndiki mahnılar hamısı söz birləşməsidir.

Səncə hansı mahnılardır?

Hansı mahnılardır sizə deyim.Məsələn Elvin Mirzəzadənin "Düşün Məni" mahnısı .Bəziləri düşünəcək ki, qısqanclıq edir.Xeyr, mənim Elvin və ya başqa bir müğənniyə qısqanclığım yoxdur.Mənim nə səsim nə geyim tərzim ondan geri qalmır, ətrafımda hərkəs məni tanıyır.Məsələn "Fəryad" mahnısında qadın tərəfindən tərk edilmiş bir kişinin qadına fəryadından bəhs edir. Bu mahnı musiqini dərk edənlərə aiddir. Mən sabahları söz birləşməsinə aid mahnı yazsaydım çox seviləcəkdim.Mən bunu yazdırdım tutdu, oturum gözləyim. Artıq mən sevilirəm bu deyl.Sənət hərəkət eləməyi sevir.Hal-hazırda 2-3 kişi müğənnisi var ümumiyyətlə ses deyilən şey yoxdur.Onların adını çəkməyəcəm, çünki reklama ehtiyacları var. Bugünki günü onlara canlı ifa et desən mən müğənni deyiləm bəhanəsiylə qaçacaq.İnstaqramda onlar hər hansı bir fanaqramını paylaşırlar və şərh bölməsində təriflər yazırlar.Faciə orasındadır ki,o insanların özünün xəbəri yoxdur ki,həmin müğənninin səsi yoxdur.

İnstaqramınızda necə izləyici var?

Mənim 3800 izləyicim var.Lakin 3800 adamın ən azından 3000-ni mənə daha yaxındır.

Gənc müğənni olaraq kiminlə duet oxumaq istəyərdiz?

Gələcəkdə belə bir planım var.İstəyirəm ki, Röya Ayxanla duet oxuyum və düşünürəm ki,bizdə uğurlu alınar.

Toy biznesi vacibdirmi?

İlk öncə onu qeyd edim ki,toylara görə bir müddətdir ki,uzaqlaşmışam efirlərdən.Qazaxıstan,Rusiya toylarına da dəvət alıram.Toy biznesi müğənnilərimiz üçün çox önəmlidir.Müğənninin bir toyu oxuması elə bil bir konsert yola verməsi deməkdir.Bizim gəlir qazancımız toylardır.

Sənə görə hansı mahnının daha çox əzizdir?

"Mənə nə"mahnımı daha çox sevirəm.Bu mahnını Azər Nəsibovdan almışdım.2014-də mətbuat katibim olub.Gecə 3-də Azər mənə zəng elədiki mahnı yazmışam oxuya bilərsən.İlk öncə etiraz etdim.Sonra israr etdiki gəl studiyada oxu. Studiyaya gəldim demo variyantıda oxudum.İlk dəfə mənı birtəhər gəldi.Mahnının təqdimatını etdik.Bütün media gəldi.Mahnı böyük partlayiışa səbəb oldu.Milyonlarla insan dinlədi.Günü bugündə o mahnı sosial şəbəkələrdə paylaşılır.O, mənim üçün böyük qürürdur.10 gün ərzində yarım milyona çatdı.Sonra musiqisi Tunar Rəhmanoğluya, sözləri meyxanaçı Vüqara aid "Get Sevgilim" mahnısı ərsəyə gəldi.Ondan sonra "Kim Sevər" mahnısı işıq üzü gördü.

Bir müddətdir ki,gündəmdə yoxsuz. Kimlərə qarşı inciklik var?

Jurnalist Şahin Cavadsoydan incimişəm.İlk addımımda təqdimatımda mənim yanımdan qırağa getməzdi,tez-tez zəngləşib görüşərdik.Mən gündəmdən uzaqlaşandan sonra yoxa çıxdı, arabir zəngimi açar açmaz oldu.

Sənətinizlə bağlı gələcək hədəfləriniz nələrdir?

Gələcəkdə musiqili meyxana üslubunda mahnı düşünmüşəm.Təklif yaxın dostumdan gəlib.


48 yaşlı pop ulduz sosial şəbəkələrdə yeni şəkillərini paylaşıb.2 uşaq anası Cenefer Lopez bədən quruluşunu necə saxlamağın sirrinin yalnız pəhriz və idmanda gördüyünü yazıb.



Şou aləminin "xəsis" deyə tanıdığı aktyor-müğənni Əmrah Yeni il gecəsi Vyanada səhnəyə çıxması üçün təklif olunan 1 milyon 128 min lirəni (təxminə 550 min manat) rədd edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 10 ildir, Yeni il günü heç bir yerdə konsert verməyən sənətçi bu il də ənənəsinə sadiq qalıb. Belə ki, Əmrah bayram axşamını ailəsi ilə keçirmək istəyib.

Qeyd edək ki, 2014-cü ildə Sibel Kirerlə ailə quran Əmrahın Elyasa adlı oğlu, Eleysa adlı qızı var.




© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov