BDU-nun zəhərlənən tələbələri evə buraxılıb.
Bizimaz.az: Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyi məlumat verib.
“21 noyabr tarixində Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan iki tələbə qız bu gün saat 14:50-də evə yazılıblar”, - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə nəticəsində universitetin Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı ölüb, Ekologiya və torpaqşünaslıq fakültəsinin tələbəsi, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı və Kitabxanaçılıq və İnformasiya fakültəsinin dördüncü kurs tələbəsi, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızının isə müalicəsi 1 saylı Kliniki Tibbi Mərkəzdə davam etdirilib.