Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən şəhid Rəsul Ənnağıyev adına 141 nömrəli məktəbin qəzalı vəziyyətdə olan birinci korpusu sökülür.
Bizimaz.az; Axar.az xəbər verir ki, qəzalı vəziyyətə düşmüş məktəb binası xəstəxana kimi inşa edilib 1935-ci ildən məktəb kimi təsir edilib, 2006-cı ildə isə məktəbdə yardımçı korpus inşa edilib.
Uzun müddətdir fəaliyyət göstərən birinci korpusun binası artıq qəzalı vəziyyətə düşüb. Bu səbəbdən məktəb rəhbərliyi hər hansısa xoşagəlməz hadisənin baş verməməsi və məktəblilərin təhlükəsizliyi üçün binanın sökülməsi ilə bağlı qərar qəbul edib. Artıq birinci korpusda olan əşyalar, parta və dərs ləvazimatları ikinci korpusa köçürülüb.
Bütün məktəb ikinci korpusda fəaliyyət göstərəcək. Sıxlıq yaranmaması üçün məktəbdə dərslər iki növbəli şəkildə keçiriləcək.
Məktəbin hazırda sökülən birinci korpusunun yerində yeni məktəb binası inşa ediləcək.
Xatırladaq ki, məktəbdə Azərbaycan və rus bölmələri üzrə ümumilikdə 1743 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur.