Xəbər lenti


 

Ankarada fəaliyyət göstərən Xarici səfirlərin xanımları dərnəyinin (SHOM) təmsilçiləri Azərbaycan səfirliyində “Azərbaycanda çay mədəniyyəti” təqdimatında bir araya gəliblər.


Bizimaz.az: Moderator.az-ın məlumatına görə, əvvəlcə qonaqlar məhşur bəstəkar mahnılarını çox böyük maraqla dinləyiblər. Pianoçu Nailə Əhmədova və skripkacı Huseynəli Huseynəliyevin ifasında Tofiq Quliyevin “Bakı haqqında mahnı”, “Görüş filmindən vals”, “Dəniz kənarında görüş”, “Sevgi valsı” və Arif Məlikovun “Komdenin arzuları” əsərlərini dinləyən səfir xanımları Azərbaycan musiqisinə heyranlıqlarını bildiriblər.

Daha sonra səfir Xəzər İbrahimin xanımı Zümrüd İbrahim qonaqlara “Azərbaycanda çay mədəniyyəti” mövzusunda təqdimat edib.

Z.İbrahim Azərbaycanda çay süfrəsinin əsrlər boyu bir tarixə malik olduğunu və mədəniyyətimizdə böyük önəm daşıdığını, milli adət-ənənələrimizin rəmzlərindən olduğunu bildirib.

“Azərbaycanda çay digər xalqlarda olduğu kimi şirin içilmir. Qonaqlara şirin çay yalnız qız istəməyə gələn elçilərə “həri” zamanı verilir. Azərbaycan çayının tərkibi ağır metalların dərəcəsi az olmasına görə digər ölkələrin çayları ilə müqayisədə daha yüngüldür və qonaqlara xüsusi armudu stəkanlarda təqdim edilir. Çay Azərbaycanda qonaqpərvərliyin, qonağa verilən dəyərin bir rəmzidir. Çay süfrəsi dost-tanışların bir araya gəlməsi, üz-üzə oturub danışmaq üçün bir fürsətdir”, – Zümrüd İbrahimin çıxışında söylədiyi bu məlumatlar xarici qonaqların böyük marağına səbəb olub.

Daha sonra səfir xanımları Azərbaycan çayı, milli şirniyyatları və mürəbbələri ilə bəzədilmiş çay süfrəsi ətrafinda fikir mübadiləsi aparıblar. Səfir xanımlarına qoz, feyxoa, gilas, nar, qızılgülgül, gilənardan hazırlanmış mürəbbələr, qoğal, şəkərbura, badambura, Qarabağ kətəsi, şirin qoğal kimi milli təamlarımız təqdim olunub.

 

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov