Noyabrın 21-dən başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağır.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən Axar.az-a verilən məlumata görə, ən çox qar Xızıya yağıb. Rayonun Altıağac qəsəbəsində qarın hündürlüyü 12 santimetrə çatır.
Qubanın Qırız və Xınalıq, həmçinin Qusarın Ləzə kəndlərində qarın hündürlüyü 7-8 santimetrdir. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 5 dərəcəyədək aşağı düşüb.
Qeyd edək ki, ötən gündən başlayaraq, Oğuz, Qəbələ, Şəki və digər şimal rayonlarına da ilk mövsümün ilk qarı yağıb və hazırda da davam edir.