Xəbər lenti


Azərbaycanda 255 mindən çox şəkərli diabet xəstəsi var ki, onlardan 1800 nəfəri uşaqlardır. 

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Diabet Liqasının sədri Yeganə Soltanova 14 noyabr Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirdə deyib. 

Onun sözlərinə görə, ölkə üzrə statistik göstəricilər digər ölkələrlə müqayisədə çox deyil:

“Hər il Endokrinoloji Mərkəzə şəkərli diabetlə bağlı 25 minə yaxın şəxs ilkin müraciət edir. Ümumiyyətlə, Azərbaycanda 255 mindən çox insan şəkərli diabet xəstəliyi ilə qeydiyyatdadır.

Onlardan 1800 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir. Bu xəstəlik müalicəyə cavab verir. Düzgün qidalanma və fiziki aktiv həyat tərzi keçirməklə normal həyata davam etmək olar. Qida rasionuna diqqət edən insanların 70 faizində bu xəstəlik heç bir fəsadlaşma vermir”. 

Y.Soltanova şəkərli diabet xəstələrini ən çox narahat edən dərman məsələsinə də toxunub. O bildirib ki, rəsmi olaraq qeydiyyatda olan diabet xəstələrinə dərman preparatları dövlət tərəfindən verilir:

“Dövlətin şəkərli diabet xəstələrinə qayğısı 2005-ci ildən tətbiq edilən “Şəkərli Diabet Xəstələrinə Dövlət Qayğısı” proqramı ilə tənzimlənir. Diabet xəstələri İtaliyadan, Türkiyədən gətirilən yüksək keyfiyyətli insulin və həblərlə təmin edilirlər.

Bilirsiniz, dərmanların gecikməsi ilə bağlı müraciətlər olur. Amma əmin olun ki, resurs var. Sadəcə olaraq, araşdıranda görürük ki, dərmanların paylanma prosesində bir balaca gecikmələr ola bilir. Fikrimcə, bunun da həll olunması çətin məsələ deyil”.

21 Aprel 2025 Mayın 1-dən “e-bülleten” sisteminə keçirilir
07 Aprel 2025 Uşaqların sayına görə pensiya yaşının azaldılması TƏKLİF EDİLDİ
01 Aprel 2025 Prezidentdən İsmayıllının İvanovka kəndi ilə bağlı SƏRƏNCAM
20 Fevral 2025 Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edildi
07 Fevral 2025 Samir Rəhimov: "Əfv Komissiyası iclası gələn həftə olacaq"
06 Yanvar 2025 “Ajiotaj yaratmaq lazım deyil” - Tokayev
27 Dekabr 2024 Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov