Dənizkənarı Bulvar ərazisində yeni atraksionlar quraşdırılacaq.
Bizimaz.az xəbər verir ki, bu barədə Trend-ə Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Günay Yelmarqızı bildirib. Onun sözlərinə görə, yeni atraksionlar yaxın vaxtlarda ölkəyə gətiriləcək:
"Bununla bağlı qarşı tərəflə danışıqlar aparılır, yaxın vaxtlarda yeni atraksionları Bulvar ərazisində görmək mümkün olacaq.
Nə cür olacaqları və hansı ölkədən gələcəyi barədə detallar atraksionlar gətiriləndən sonra ictimaiyyətə bildiriləcək".