“Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) köhnə qurğularında təmir işləri demək olar ki, başa çatıb və buraxılış tənzimləmə işləri gedir”.
Bizimaz.az: Bunu Moderator.az-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin müdir müavini İbrahim Əhmədov bildirib.
SOCAR rəsmisi qeyd edib ki, yaxın günlərdə zavodun normal rejimə qayıtması nəzərdə tutulur.
Maye qazın (LPG) bahalaşmasına gəlincə, İbrahim Əhmədov deyib ki, qiyməti SOCAR deyil, təchizatçı şirkət müəyyən edir:
“Təchizatçı şirkətlər tələbatı qarşılamaq üçün maye qazı həm SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodundan alır, həm də xarici ölkələrdən idxal edir. Satış qiymətini bütün yanacaqdoldurma məntəqələri şəbəkələri üçün eyni şərtlərlə müəyyən edir”.
Qeyd edək ki, noyabrın 8-dən etibarən maye qazın satış qiyməti 0,45 manatdan 0,65 qəpiyə qaldırılıb.