Xəbər lenti

Azərbaycanın bir nömrəli telejurnalisti hesab olunan, “əməkdar jurnalist” fəxri adına layiq görülən Real TV-nin yaradıcısı və baş direktoru Mirşahin Ağayevin doğum günüdür. 1963-cü ildə Yardımlı rayonunun Perimbel kəndində anadan olan Mir Şahin bu gün 56 yaşını qeyd edir.

 

Bizimaz.az: Real TV-nin əməkdaşları baş redaktorları ilə bağlı xatirə və təbriklərini Kult.az-a danışıb.

Afət Telmanqızı

Bu gün onun günüdür! Bu gün həm də azad sözün, qəlbi vətən sevgisi ilə çırpınan cəsarətli jurnalistlərin günüdür! O, sözü ilə döyüşən, enerjisi bitib tükənməyən insandır. O, jurnalist peşəsinə sevgimizi artıran, əsl jurnalistin necə olmasını əməlləri ilə göstərən insandır. O, tək rəhbər deyil. Hər birimizin sevincinə də, dərdinə də şərik olan, köməyimizə yetən böyük qardaşımızdır.

Hamı kimi doğulan, amma hamıdan fərqli olan söz ustadı, gününüz mübarək! Yeni yaşınız mübarək ! Səmimi, sadə, qayğıkeş insan, illəriniz uğurlu, günləriniz xoş olsun”.

Ləman Ələşrəfqızı

“Mir Şahin haqqında fikirlərimi “Qanadı qırıq Şahin” yazımda yazmışam. O vaxtda ki, Mir Şahin “süni nəfəs aparatı”na qoşulmuşdu, televiziyasız idi. Mən isə dövlət işində çalışırdım. O yazı səmimiyyətin ta özüdür.

Mir Şahin tarixdə qalacaq isimdir. Bunu onu sevənlər də bilir, söyənlər də. Bütün istedadlar, dühalar zamanında cəmiyyətdən təpki görüblər. Mirzə Fətəli Axundovun nəşi günlərlə dəfn edilməyib, zamanında ona qiymət verməyənlərin nəticələri bu gün Axundovun Azərbaycan ədəbiyyatındakı rolunu düzgün qiymətləndirirlər. Düşünürəm ki, gün gələcək Mir Şahin də Azərbaycan jurnalistikasındakı roluna görə öz qiymətini alacaq. Adam var ki, tutduğu mənsəbdən dövlətli olmağı üçün istifadə edir. Mir Şahində əksini gördüm. O dövlətli yox, dövlətçi adamdır. Təbrik edirəm”.

Mahir Məmmədli

“Mir Şahinlə əyani tanışlığımın tarixi 1992-ci ilin payızından başlayır. Tale elə gətirdi ki, bundan bir neçə il sonra birlikdə işləməyə başladıq. Bu, mənim ilk televiziya təcrübəm idi və Mir Şahini həm də bir müəllim kimi tanıdım. İndi 44 yaşım var və 56 yaşlı Mirşahini hələ də özümə müəllim bilirəm. Onun istənilən mövzu ilə bağlı ən qısa şərhi belə hazırlanacaq reportajın, süjetin tezisidir.

Şəxsi keyfiyyətlərinə gəlincə: Mir Şahin təkcə tələbkar rəhbər deyil, həm də yaxşı və pis günlərimizdə yanımızda olacağına əmin olduğumuz bir dostumuzdur. Real TV fəaliyyətə başlayanda onunla işləməyə həvəslə razılıq verməyimizin özü Mir Şahinə sevgimizin, sayğımızın göstəricisidir”.

15 Noyabr 2024 Prezident SƏRƏNCAM İMZALADI
14 Noyabr 2024 Heydər Əliyev Fondunun nəşri təqdim olundu
17 Aprel 2024 Şirvan suvarma kanalının təməli qoyulub
01 Dekabr 2023 Mediasiya - mübahisələrin, anlaşılmazlıqların məhkəməyə qədərki həll yolu
24 Noyabr 2023 8 rayonun inzibati ərazi bölgüsündə qismən dəyişiklik ediləcək
23 Noyabr 2023 Ağacəkmə aksiyası və balıq buraxılışı tədbiri keçirilib - Fotolar
23 Noyabr 2023 Ayın 25-dək şəxsi avtomobildən istifadə etməyin - Bakı sakinlərinə xəbərdarlıq
23 Noyabr 2023 Yeni Yaşma kəndinin həll ediləcək köhnə problemləri -Foto
28 Oktyabr 2023 Xocalı məktəbinin direktoru ilə bağlı cinayət işi başlandı
20 Oktyabr 2023 Şuşaya köç tarixi açıqlandı
17 Oktyabr 2023 Azərbaycanda qızılca və məxmərək infeksiyalarına yoluxma halı qeydə alınıb?
02 Sentyabr 2023 Bakıda yol qəzası - Sıxlıq yaranıb
29 Avqust 2023 Nazirliyin keçmiş idarə rəisi həbs edilib
30 İyul 2023 Fövqəladə Hallar Nazirliyi metroda təlim keçirdi - Video
23 İyun 2023 Vilayət Eyvazovdan yeni təyinat
04 İyun 2023 Kamaləddin Qafarov: ““Əsrin müqaviləsi” ölkədə vəziyyəti kökündən dəyişdi”
30 Mart 2023 31 mart- tarixin qara səhifəsi
18 Yanvar 2023 Kollecdə 20 Yanvar Ümumxalq Hüzn Günü münasibətilə açıq dərslər keçirildi
11 Yanvar 2023 İqtisad Universitetinin rektoruna ağır itki üz verdi
06 Yanvar 2023 TƏBİB: "Bayram günlərində 180 nəfər zəhərlənib, 4-nün vəziyyəti ağırdır"
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov