“2017-ci ilin 11 ayı ərzində 17 qrip hadisəsi aşkarlanıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə (164 hadisə) 90 faiz azalma təşkil edir”
Bu barədə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Baş direktorunun müavini Anaxanım Əliyeva bildirib. Onun sözlərinə görə, yuxarı tənəffüs yollarının digər mənşəli infeksiyaları ilə Respublika Müalicəvi Profilaktika İdarələrinə müraciətlərin sayı 10 faiz azalıb.
“Yoluxucu xəstəliklər epidemioloji nəzarətin gücləndirilməsi məqsədilə rotavirus, B tipli hemofil infeksiya tərəfindən törədilən bakterial miningitlər, pnevmakok infeksiyaları üzərində epidemioloji nəzarət davam edir. 2017-ci ilin 11 ayı ilə müqayisədə 2016-ci ilin müvafiq dövrü ilkin vərəm hadisələri (3641 hadisəyə qarşı 3658 hadisə) demək olar ki, eyni səviyyədə qalıb. Ötən illə müqayisədə 2017-ci ildə vərəmə görə laborator müayinə yaxşılaşıb və bu göstərici 48,5 faizdən 55,5 faizə qədər yüksəlib. Kəskin bağırsaq infeksiyalarının səviyyəsi ötən illə müqayisədə 1,1 faiz (14921 qarşı hadisəyə 14751 hadisə), o cümlədən törədicisi müəyyən olunmayan enteritlərin səviyyəsi 3,8 faiz azalıb. Törədicisi məlum olan kəskin bağırsaq infeksiyaları isə 4,3 faiz artıb”.
A. Əliyeva bildirib ki, 2017-ci ilin 11 ayı ərzində Respublika əhalisi arasında 383 ocaqda 561 qida zəhərlənməsi olub, bu da ötən illə müqayisədə 28,7 faiz azalma deməkdir:
“11 ay ərzində 6 qarayara hadisəsi qeydə alınıb, 2016-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə azalıb. Ölkəmizdə profilaktik peyvənd işlərinin qabaqcıl beynəlxalq təcrübələrə uyğunlaşdırmaq sahəsində son illərdə aparılmış səmərəli tədbirlər nəticəsində
Avropa ölkələrində olduğu kimi uşaqların 11 yoluxucu xəstəliklərə qarşı peyvəndlənməsinə nail olunub. 2017-ci ilin keçən dövrü ərzində bütün planlaşdırılmış peyvəndlər üzrə yerinə yetirilmə 95-97 faiz olub. Bu il əhali arasında poliomielit, difteriya, göy öskürək, qızılca,məxmərək, epidemik parotit xəstələlikləri müşahidə edilməyib".
Baş direktorun müavini qeyd edib ki, cari ilin 11 ayı ərzində Respublikanı MPM-dan Respublika Taun əleyhinə Stansiyanın immunoloji labarotoriyasına müayinə üçün 77 nümunə qızılcaya, 49 nümunə məxmərəyə, 17 nümunə anadangəlmə məxmərək sindromuna (AMS) şübhəli xəstələrdən qan göndərilib, nəticələri mənfi olub.